
"Göyəzən" təşəkkür etdi
- 28 May 2025 11:22
- 88
Son "Region Liqası"nda 4-cü olan "Göyəzən" komandası azarkeşlərinə təşəkkür edib.
Rekord.az xəbər verir ki, paylaşılan mətndə kluba dəstək olan digər qurumlar, o cümlədən jurnalistlər də yaddan çıxmayıb:
“Göyəzən” Futbol Klubu olaraq 2024-25 mövsümündə bizə göstərdiyiniz dəstəyə görə hər birinizə dərin minnətdarlığımızı bildiririk! Turan Banka, Qazax Rayon İcra Hakimiyyətinə, sadiq azarkeşlərimizə, təhlükəsizliyimizi təmin edən DİN əməkdaşlarına, TƏBİB-təcili yardım əməkdaşlıarına , oyunlarımızı işıqlandıran media nümayəndələrinə və sosial şəbəkələrdə bizi izləyən, paylaşan bütün izləyicilərimizə təşəkkür edirik! Dəstəyiniz bizim gücümüzdür!

Hörmətlə,
Göyəzən Futbol Klubu