
Goranboyda mni futbol yarışı başa çatdı
- 11 May 2023 11:15
- 390
Goranboyda keçirilən mini-futbol üzrə rayon birinciliyi sona çatdı.
Rekord.az xəbər verir ki, Goranboy Rayon İcra Hakimiyyəti , Goranboy rayon Gənclər və İdman İdarəsi, Goranboy-Naftalan rayonları üzrə Təhsil sektoru və Azərbaycan Təhsil İşçiləri Azad Həmkarlar İttifaqı Goranboy rayon Komitəsinin birgə təsdiq etdiyi əsasnaməyə uyğun olaraq "2023-cü il Heydər Əliyev İli" elan edilməsinə həsr olunmuş mini-futbol üzrə rayon birinciliyinin final mərhələsinin son qarşılaşması keçirildi.
Goranboy şəhər 2 saylı məktəbin komandası I yeri, Naftalan şəhər 1 saylı məktəbin komandası II yeri və Faxralı məktəbinin komandası III yeri qazandı.
Qaliblər diplom, medal və kuboklarla mükafatlandırıldılar. Xatırladaq ki, yarışa 48 ümümtəhsil məktəbin komandası qatılmışdır.