Azərbaycan Basketbol Liqasında müntəzəm mövsümün sonuncu – 20-ci turunda bu gün bir oyun keçirilib.


Rekord.az xəbər verir ki, A qrupunda yer alan komandaların dueli Şəki Olimpiya İdman Kompleksində baş tutub.


"Şəki" doğma meydanda "Gəncə" 73:84 hesabı ilə uduzub.


Meydan sahibləri 22 xalla altıncı pillədə qərarlaşıb. Qonaq komanda 29 xalla üçüncüdür.


Qeyd edək ki, A qrupunda 20-ci turun digər oyunları martın 30-31-də baş tutacaq.