Azərbaycan Basketbol Liqasında pley-in mərhələsinin daha bir matçı keçirilib.


Rekord.az xəbər verir ki, "Gəncə" "Lənkəran"la üz-üzə gəlib.


Gəncə Olimpiya İdman kompleksində baş tutan qarşılaşmada ev sahibləri qələbə qazanıblar - 91:55.


Qeyd edək ki, ötən gün baş tutan matçlarda "Naxçıvan" "Sərhədçi"ni (98:87), "Şəki" "Quba"nı (101:89) üstələyib. Komandalar arasında ikinci oyunlar aprelin 6-7-də keçiriləcək.