Gedəcəyi dəqiqləşdi
- 15:00
- 51
Son turda "Turan Tovuz"a 0:3 hesabı ilə məğlub olan "Araz Naxçıvan" avrokubok şansını daha da çətinləışdirdi.
Rekord.az xəbər verir ki, Naxçıvan təmsilçisini hazırda 4-cü pillədən 6 xal ayırır.
Bu gedişlə "Araz Naxçıvan"ın avrokuboklara gedəcəyi çətin görünür. Belə olunda, baş məşqçi Andrey Demçenkonun postunda qalacağı da inandırıcı deyil. Hətta əldə etdiyimiz son məlumata görə, artıq bununla bağlı qərar da verilib. Ukraynalı məşqçi mövsüm başa çatan kimi postundan ayrılacaq. Klubun yeni prezidenti olacağı gözlənilən Ceyhun Sultanov özü də Demçenko ilə işləmək istəmir.