
"Füzuli" Premyer Liqa təcrübəsi olan futbolçu transfer etdi
- 19 Okt 2022 14:00
- 688
"Region Liqası"nda çıxış edən "Füzuli" heyətini təcrübəli yarımmüdafiəçi ilə gücləndirib.
Rekord.az xəbər verir ki, söhbət 30 yaşlı Məhəmməd Alıyevdən gedir.
Alıyev bu günə kimi, "Standart", "Simurq", "Neftçala", "Qaradağ Lökbatan", MOİK, "Rəvan", "Sabah", "Sumqayıt", "Uğur", "Ağsu Siti" və"Şahdağ" Quba klublarının şərəfini qoruyub.