"Mançester Siti" Lion “Olimpik”inin hücumçusu Rayan Şerkini transfer edib.


Rekord.az xəbər verir ki, bu barədə klubun rəsmi saytı məlumat yayıb.


21 yaşlı futbolçu ilə 5 illik müqavilə imzalanıb. Transferin dəyəri 36,5 milyon avrodur. Əlavə olaraq, 6 milyon avro bonus şəklində ödənilə bilər. Həmçinin Fransa klubu futbolçunun növbəti transferindən 15 faiz pay alacaq.


Fransa millisinin üzvü ötən mövsüm Liqa 1-də 30 oyun keçirib, 8 qol vurub və 11 məhsuldar ötürmə edib.