
Finalda 24-cü dəfə fərqli komandalar üz-üzə gələcəklər
- 29 May 2025 11:00
- 63
Azərbaycan Kubokunun finalında 24-cü dəfə fərqli komandalar üz-üzə gələcəklər.
Rekord.az Peşəkar Futbol Liqasının rəsmi saytına istinadən xəbər verir ki, əvvəlki 30 finalda 23 fərqli cüt qarşılaşıb.
Əvvəlki 23 cütdən biri 3, beşi 2, digərləri bir dəfə qarşılaşıb. Rekord “Neftçi” ilə “Qarabağ”a məxsusdur. Üç dəfə baş tutan cütün duellərində bakılılar 1995/1996 (3:0), ağdamlılar isə 2014/2015 (3:1) və 2015/2016 (1:0) mövsümlərində qalib gəliblər.
Dörd cütdə isə eyni komanda hər iki matçda qələbəyə sevinib. “Neftçi” “Şəmkir”i 1998/1999 (0:0, p. - 5:3) və 2003/04 (1:0, əlavə vaxtda), “Kəpəz” “Qarabağ”ı 1997/1998 (2:0) və 1999/2000 (2:1), “Xəzər Lənkəran” “İnter”i 2007/2008 (2:0, əlavə, vaxtda) və 2010/11 (1:1, p. - 4:2), “Qarabağ” “Zirə”ni 2021/2022 (1:1, p. - 4:3) və 2023/2024 (2:1) mövsümlərində üstələyib. “Neftçi” ilə “Qəbələ” arasında finallarda isə hər komanda bir dəfə qalib gəlib. 2013/2014 mövsümündə bakılılar (1:1, p. - 3:2), 2022/2023 mövsümündə isə qəbələlilər (1:0, əlavə vaxtda) kuboka sahib çıxıblar.
Qeyd edək ki, Azərbaycan Kubokunun finalında bu dəfə "Qarabağ" və "Sabah" komandaları üz-üzə gələcəklər. Həlledici matç mayın 31-də Mehdi Hüseynzadə adına Sumqayıt şəhər stadionunda keçiriləcək.