
Final matçına 5000-dən çox bilet satılıb
- 29 May 2025 18:20
- 68
"Qarabağ"la "Sabah" arasında keçiriləcək Azərbaycan Kubokunun final matçına 5000-dən çox bilet satılıb.
Rekord.az xəbər verir ki, bu barədə Peşəkar Futbol Liqasının mətbuat xidməti məlumat yayıb.
Qeyd edək ki, mayın 31-də Mehdi Hüseynzadə adına Sumqayıt şəhər stadionunda təşkil olunacaq matç saat 19:00-da start götürəcək.