
FIFA və UEFA-dan AFFA-ya başsağlığı məktubu
- 11 May 2023 11:32
- 355
21 yaşadək futbolçulardan ibarət Azərbaycan milli komandasının və “Qarabağ” klubunun əvəzedici komandasının üzvü Şirxan Həsənzadənin vaxtsız vəfatı ilə əlaqədar FIFA və UEFA tərəfindən AFFA-ya başsağlığı məktubu ünvanlanıb.
Rekord.az xəbər verir ki, müvafiq olaraq, FIFA-nın prezidenti Canni İnfantino və UEFA-nın baş katibi Teodor Teodoridisin imzaladığı məktublarda futbolçunun ailəsinə, AFFA-ya, "Qarabağ" FK-ya, millidə və klubda onunla birgə çıxış etmiş komanda yoldaşlarına FIFA və UEFA adından başsağlığı verilib.