
Fərid Mansurov futbolla bağlı danışmaqdam imtina etdi
- 22 Okt 2022 14:00
- 731
“Mingəçevir Reqatası”nın Suqovuşan mərhələsini izləmək üçün Suqovuşana gələn tanınmışlar sırasında güləş üzrə Olimpiya çempionu, eyni zamanda AFFA İcraiyyə Komitəsinin üzvü Fərid Mansurov da var idi.
Suqovuşana ezam olunmuş Rekord.az əməkdaşı icraiyyə komitəsinin üzvü kimi Mansurova yaxınlaşıb futbolla bağlı sual ünvanlamaq istıyib.
Mövzunun futbol olduğunu bilən Olimpiya çempionu bu haqda danışmaqdan imtina edib. Futbolla bağlı danışmaq istəmədiyini bildirən Mansurov bunun üçün başqa adam tapmağımızı xahiş edib.