Tanınmış bəstəkarımız, "Neftçi" Müşahidə Şurasının  üzvü  Fərhad Bədərbəyli maraqlı açıqlama ilə yadda qalıb.

Rekord.az xəbər verir ki, İTV-də yayımlanan və Çingiz Abdullayevə həsr olunan "Keçmişdən gələn səs" verilişində qonaq olan bəstəkar futbolla bağlı da danışıb.

O, dostu olan Abdullayevi yüngülcə qınayıb da: "Mən özüm "Qarabağ"lıyam. Həmişə də Çingizə deyirəm ki, məni "Neftçi"yə niyə gətirdin? Həmişə "Neftçi" ilə "Qarabağ" oynayanda özümü pis hiss edirə. Amma deyim ki, Çingiz "Neftçi" üçün çox işlər görüb".