Türkiyənin “Fənərbaxça” klubunun kollektivinin növbəti dəfə koronavirus testindən keçdiyini xəbər vermişdik.

Rekord.az xəbər verir ki, İstanbul təmsilçisi artıq testlərin nəticəsini də açıqlayıb. Xəbərdə bildirilir ki, bütün testlərin nəticəsi neqativ çıxıb.

Bu gündən etibarən isə “Fənərbaxça” bir həftəlik təlim-məşq toplanışına start verəcək. Klubun mətbuat xidmətinin məlumatına görə, komanda üzvləri mayın 26-dan 31-nə qədər Rivada xüsusi “kamp” keçəcək.

Koronavirus pandemiyasına görə dayandırılan Türkiyə Super Liqasında mövsümün 12 iyundan etibarən bərpası gözlənilir.