
“Fənərbağça”da növbəti ayrılıq
- 04 İyn 2025 16:40
- 66
"Fənərbağça" futbolçusu Filip Kostiçlə yollarını ayırıb.
Rekord.az xəbər verir ki, 32 yaşlı futbolçunun icarə müqaviləsi qarşılıqlı razılıq əsasında ləğv edilib.
İstanbul təmsilçisi bu barədə Türkiyə Futbol Federasiyasını məlumatlandırıb.
Kostiç başa çatan mövsümdə "Fənərbağça"da 35 oyuna çıxıb, 2 qol və 9 məhsuldar ötürmə ilə yadda qalıb. O, müqavilə ilə məxsus olduğu “Yuventus” klubuna qayıdıb.
Türkiyə nəhəngi daha öncə Edin Dzeko və Duşan Tadiçlə də yollarını ayırdığını açıqlamışdı.