
Fəhmin Muradbəylinin ölkə xaricinə gedişi baş tutmadı
- 14 Okt 2022 12:00
- 545
"Neftçi"nin sabiq futbolçusu Fəhmin Muradbəylinin karyerasını ölkə xaricində davam etdirmək perspektivi haqda məlumat vermişdik.
Rekord.az xəbər verir ki, onun Polşanın aşağı liqa klublarından birinə keçidi gündəmdə idi.
Lakin son məlumata görə, bu keçid baş tutmayıb. Aldığımız məlumata görə, qarşı tərəfin təklif etdiyi aşağı maaş Muradbəylini qane etməyib.