Emil Mustafayev "Sumqayıt"dakı durumundan və hədəflərindən danışdı - MÜSAHİBƏ
- 12:00
- 18
"Sumqayıt"ın futbolçusu Emil Mustafayev Rekord.az-a müsahibə verib:
- Emil, hazırlıq necə gedir?
- Hər şey yaxşıdı, hər şey plan üzrə gedir. Yeni baş məşqçimiz var, onun istədiklərini yerinə yetirməyə çalışırıq.
- Keçən mövsümün sonunda yenidən Ukraynaya qayıtdın və "Sumqayıt"a dönüşün çətin görünürdü. Amma yenidən burdasan...
- Bilirsiniz ki, mənim "Polisey"lə müqaviləm var idi, burada icarə əsasında çıxış edirdim. Buna görə də yenidən Ukraynaya qayıtmalı idim. Amma artıq burdayam və "Sumqayıt"la rəsmi müqavilə bağlamışam.
- "Sumqayıt"la rəsmi müqavilə bağladığına görə, deməli burda hər şey səni qane edir.
- Bəli, burda hər şey ürəyimcədir.
- Ötən mövsüm Saşa İliçlə işlədin. Bu mövsümdən isə yeni baş məşqçiniz Filipe Kandidodu. Bu iki məşqçi arasında hansısa fərq görürsən?
- Hər məşqçinin öz yanaşması var. Bu iki məşqçini müqayisə etmək istəməzdim. Mən futbolçuyam, hansı tapşırıq verilir, onu da icra edirəm.
- Yeni mövsümdə əsas hədəfiniz nə olacaq?
- Bacardığımız qədər yüksək hədəflər haqdqa düşünməli, bunun üçün mübarizə aparmalıylıq.
Anar XANLAROV