
Əliyar Ağayevdən Rusiya – Nigeriya matçında dörd sarı vərəqə
- 00:35
- 57
Azərbaycanlı FİFA referisi Əliyar Ağayev Rusiya və Nigeriya milliləri arasında keçirilən yoxlama oyununu idarə edib.
Rekord.az xəbər verir ki, görüş 1:1 hesabı ilə yekunlaşıb.
Ruslar 27-ci dəqiqədə avtoqolla hesabda önə keçsələr də, Emmanuel Arokodarenin 71-ci dəqiqədə vurduğu qol Nigeriya yığmasını məğlubiyyətdən xilas edib. Ağayev bu görüşdə meydan sahiblərindən üç, qonaqlardan isə bir futbolçuya sarı vərəqə göstərib.
“Lujniki”də keçirilən matçda Ağayevə yan xətdə Zeynal Zeynalov və Akif Əmirəli kömək edib. Dördüncü hakim funksiyasını isə rusiyalı Yevgeni Kukulyak yerinə yetirib.