
Elçin Məsiyev Avropa çempionatının 1/4 finalına təyinat aldı
- 20 İyn 2025 23:30
- 41
FIFA referisi Elçin Məsiyev növbəti təyinat alıb.
Rekord.az xəbər verir ki, Məsiyev Slovakiyada təşkil edilən 21 yaşadək futbolçulardan ibarət komandalar arasında Avropa çempionatının 1/4 final mərhələsinin Almaniya – İtaliya oyununun ehtiyat hakimi olacaq.
Qarşılaşmanı litvalı Manfredas Lukjançukas idarə edəcək.
İyunun 22-də Dunayska Streda şəhərində yerləşən “DAC Arena”da keçiriləcək görüş Bakı vaxtı ilə saat 23:00-da başlanacaq.
Məsiyev qrup mərhələsinin Çexiya – İngiltərə (1:3) və Gürcüstan – Portuqaliya (0:4) oyunlarının baş hakimi olub.