Dünya Qadın Seriyasının Bakı mərhələsi başlayır
- 11:30
- 21
3x3 basketbol üzrə Dünya Qadın Seriyasının Bakı mərhələsi bu gün start götürür.
Rekord.az xəbər verir ki, Fəvvarələr Meydanında yarışda Azərbaycan millisi və "Neftçi SOCAR" komandası mübarizə aparacaq.
Milli komanda seçmə mərhələnin B qrupunda Benin və Braziliya yığmaları ilə üz-üzə gələcək. Qarşılaşmalar müvafiq olaraq saat 10:25 və 12:05-də start götürəcək. Qrup qalibi əsas raundun D qrupunda İspaniya və Avstriya ilə görüşəcək.
"Neftçi SOCAR" əsas mərhələnin A qrupunda Çexiyanın "Praqa" klubu və Litva millisi ilə münasibətlərə aydınlıq gətirəcək. Oyunlar saat 16:15 və 18:05-də olacaq.
Xatırladaq ki, Dünya Qadın Seriyasının Bakı mərhələsi iyulun 19-da başa çatacaq.