
Dirk Kuyt istefa verdi
- 20 İyn 2025 21:30
- 40
Niderland millisinin və Türkiyənin "Fənərbağça" klubunun sabiq futbolçusu Dirk Kuyt Belçika təmsilçisi "Beershot"un baş məşqçi postundan ayrılıb.
Rekord.az xəbər verir ki, bu barədə Belçika klubunun mətbuat xidməti məlumat yayıb.
"Beershot" onun rəhbərliyi altında ötən mövsümü Belçika Pro Liqasında uğursuz çıxış edərək aşağı diviziona düşüb.
Futbolçu karyerası ərzində "Fənərbağça" ilə yanaşı, "Liverpul" (İngiltərə), "Feyenoord" və "Utrext"in (hər ikisi Niderland) də formasını geyinmiş Dirk Kuyt Antverpen komandasını 2023-cü ildən çalışdırırdı.