Azərbaycan millisinin üzvü Mahir Emrelinin də çıxış etdiyi Zaqreb "Dinamo"su bu gün Avropa Konfrans Liqasının qrup mərhələsində beşinci oyununa çıxıb.

Rekord.az xəbər verir ki, Xorvatiya təmsilçisi C qrupunda Qazaxıstan klubu “Astana”nın qonağı olub.

Oyun "Dinamo"nun 2:0 hesablı qələbəsi ilə başa çatıb.

Emreli bu oyunun iştirakçısı olmayıb. O, sonadək ehtiyatda qalıb.

“Dinamo” hazırda 6 xalla qrup ikincisidir.