
Di Mariya PSJ-dən getdi
- 21 May 2022 13:40
- 473
PSJ-nin futbolçusu Anxel di Mariya PSJ-dən ayrılıb.
Rekord.az xəbər verir ki, bu barədə paytaxt təmsilçisinin rəsmi saytı məlumat yayıb. 34 yaşlı yarımmüdafiəçi illə yolların ayrıldığı bildirilib.
Di Mariya 2015-ci ildən PSJ-də oynayırdı. O, bu müddət ərzində ümumilikdə 294 oyunda 91 qol vurub və 111 qolun ötürməsini verib.
Futbolçunun azad agent kimi "Yuventus"a keçəcəyi gözlənilir.