Demçenkonun yerinə əsas namizəd
- 11:00
- 86
Andrey Demçenkonun mövsümün sonunda "Araz Naxçıvan"dan gedəcəyi dəqiqləşib.
Rekord.az-a daxil olan məlumata görə, ukraynalı məşqçinin yerinə əsas namizədlərdən daha birinin kimliyinə aydınlıq gəlib.
Söhbət Samir Abasovdan gedir. Yeni mövsümdən Naxçıvan klubuna rəhbərlik edəcək Ceyhun Sultanov baş məşqçi postunda məhz sumqayıtlını görmək istəyir. Hansı ki, daha öncə də tərəflər həm "Sumqayıt"da, həm də "Neftçi"də birlikdə işləyiblər.
Qeyd edək ki, Abasovun sonuncu iş yeri "Neftçi" olub.