
De Byazi Qaranı və Maksimi milliyə çağırmaq istəmir
- 14 Okt 2022 13:00
- 569
AFFA İcraiyyə Komitəsinin de Byazini postunda saxlamasından sonra sual doğuran əsas məsələ italiyalı məşqçinin "Qarabağ"ın futbolçuları Qara Qarayev və Maksim Medvedevi milliyə çağırıb-çağırmaması ilə bağlıdır.
Rekord.az xəbər verir ki, hər iki futbolçu millinin baş məşqçisi ilə problem yaşayıb.
De Byazi Qaranı millinin son toplanışına dəvət etməyib. Ardınca isə Makdim italiyalı haqda tənqidi fikirlər səsləndirib. AFFA-ya yaxın mənbələrdən saytımıza daxil olan məlumata görə, millinin baş məşqçisi gələcək toplanışlara bu futbolçuları çağırmaq istəmir və bununla bağlı fikirlərini AFFA rəhbərliyinə çatdırıb. Baş məşqçi düşünür ki, hər iki futbolçu ona qarşı hörmətsizlik edib. Ümumiyyətlə, millidə olduğu müddətdə Qara ilə Maksimin xidmətindən yararlanmağı düşünmür. Onun sonradan fikrini dəyişib-dəyişməyəcəyi məlum deyil.