
DÇ: Yığmamız final matçına çıxır
- 01 İyn 2025 10:30
- 77
Bakda təşkil olunan minifutbol üzrə dünya çempionatına bu gün yekun vurulacaq.
Rekord.az xəbər verir ki, turnirin finalında Azərbaycan yığması meydana çıxacaq.
Elşad Quliyevin baş məşqçisi olduğu kollektiv Macarıstanla üz-üzə gələcək.
Bu gün həmçinin üçüncü yer uğrunda oyun baş tutacaq. Serbiya və Monteneqro milliləri münasibətlərə aydınlıq gətirəcək.
Qeyd edək ki, hər iki qarşılaşma Milli Gimnastika Arenasında reallaşacaq.
Dünya çempionatı
1 iyun
3-cü yer uğrunda oyun
18:00. Monteneqro - Serbiya
Final
20:00. Azərbaycan - Macarıstan