
DÇ: Millimiz bu gün yarımfinal oyununa çıxacaq
- 30 May 2025 10:30
- 177
Bakıda təşkil olunan minifutbol üzrə dünya çempionatında bu gün yarımfinal oyunları baş tutacaq.
Rekord.az xəbər verir ki, Milli Gimnastika Arenasında meydana əvvəlcə Azərbaycan və Monteneqro komandaları çıxacaq.
Görüş saat 20:00-da start götürəcək.
Digər yarımfinal matçında isə Macarıstan Serbiya ilə üz-üzə gələcək. Bu qarşılaşma saat 21:30-da başlayacaq.
Qeyd edək ki, dünya çempionatına iyunun 1-də yekun vurulacaq.
Dünya çempionatı
Yarımfinal
30 may
Azərbaycan - Monteneqro
Macarıstan - Serbiya