DÇ-2026: Növbəti mərhələ şansını itirən dördüncü komanda məlum oldu
- 23 İyn 2026 10:45
- 153
İordaniya millisi ABŞ, Kanada və Meksikada təşkil olunan futbol üzrə dünya çempionatında növbəti mərhələ şansını itirən dördüncü komanda olub.
Futbolinfo.az xəbər verir ki, bu, Jamal Sellaminin baş məşqçisi olduğu kollektivin J qrupunun 2-ci turunun oyununda Əlcəzairə uduzması (1:2) ilə gerçəkləşib.
Daha əvvəl Türkiyə, Haiti və Tunisin 1/16 finala vəsiqə qazana bilmədiyi dəqiqləşib.
Xatırladaq ki, İordaniya 3-cü turda Argentina ilə üz-üzə gələcək. DÇ-2026 iyulun 19-da başa çatacaq.