DÇ-2026-nın Avropa zonası üzrə seçmə mərhələsi davam edir.

Rekord.az xəbər verir ki, bu gün daha 3 qrupda 4-cü turun matçları keçirilib.

Liderlər Bosniya və Herseqovina və İngiltərənin istirahət etdiyi gündə Polşa səfərdə Finlandiyaya uduzub.

Niderland isə ardıcıl ikinci qələbəsini qazanıb. "Narıncılar" autsayder Maltanın qapısından 8 cavabsız top keçiriblər.

DÇ-2026-nın seçmə mərhələsi
10 iyun

K qrupu

Serbiya – Andorra 3:0
Qollar: Mitroviç, 12; 24; 53.

Latviya – Albaniya 1:1
Qollar: Çernomordis, 45+4 – Çernomordis, 29-öz qapısına.

Xallar: İngiltərə – 9. Albaniya – 5. Latviya – 4. Serbiya – 4. Andorra – 0.

H qrupu

Rumıniya – Kipr 2:0
Qollar: Tanase, 43. Man, 45+2.

San Marino – Avstriya 0:4
Qollar: Arnautoviç, 3; 15. Qreqoriç, 11. Baumqartner, 27.

Xallar: Bosniya və Herseqovina – 9. Rumıniya – 6. Avstriya – 6. Kipr – 3. San Marino – 0.

G qrupu

Finlandiya – Polşa 2:1
Qollar: Pohyanpalo, 31-pen. Kallman, 64 – Kivyor, 69.

Niderland – Malta 8:0
Qollar: Depay, 9-pen; 16. Van Deyk, 20. X.Simons, 61. Malen, 74; 80. Land, 78. Van de Ven, 90+2.

Xallar: Finlandiya – 7. Niderland – 6. Polşa – 6. Litva – 2. Malta – 1.