Futbol üzrə Polşa millisinin hücumçusu Robert Levandovski dünya çempionatlarında ilk qolunu vurub.

Rekord.az xəbər verir ki, 34 yaşlı hücumçu buna Qətərdə təşkil edilən mundialda nail olub.

Səudiyyə Ərəbistanı yığması ilə matçın 82-ci dəqiqəsində rəqib qapısına yol tapan “Barselona”nın forvardı tarixi qolu göz yaşları ilə qeyd edib.

Bu matçdakı ilk qolu 39-cu dəqiqədə Pyotr Zelinski vurub və Polşa yığması meydanı 2:0 hesablı qələbə ilə tərk edib.