"Mançester Yunayted" ciddi itki ilə üz-üzə qalıb.

Rekord.az xəbər verir ki, İngiltərə klubunun aparıcı üzvü Rafael Varan zədələnib.

O, Premyer Liqanın 13-cü turunun "Çelsi" ilə görüşündə sıradan çıxıb.

Baldır nahiyəsindən zədələnən Varanın Fransa yığmasının heyətində dünya çempionatına yollanmayacağı ehtimal edilir.