"Qarabağ"ın monteneqrolu futbolçusu Marko Veşoviç klubdan ayrılıb.


Rekord.az xəbər verir ki, bu barədə Ağdam təmsilçisinin mətbuat xidməti məlumat yayıb.


Veşoviçlə də başa çatan müqavilə yenilənməiyb. Klub monteneqrolu müdafiəçiyə də xidmətlərinə görə təşəkkür edib.


33 yaşlı futbolçu 2021-ci ilin iyun ayından "Qarabağ"da oynayırdı. O, son mövsümdə "Qarabağ"da 31 oyuna çıxıb və 3 qol ötürməsi edib.


Ağdam klubu daha əvvəl Yassin Benzya və Patrik Andrade ilə vidalaşdığını açıqlayıb.