UEFA Çempionlar Liqasının 2024/2025 mövsümünün ən yaxşı futbolçusu müəyyənləşib.


Rekord.az bu barədə UEFA-nın saytına istinadən xəbər verir.


Belə ki, mövsümün ən yaxşı oyunçusu Fransa "PSJ"sinin hücumçusu Usman Dembele olub.


Fransalı son turnirdə 15 oyun keçirib. Cinah müdafiəçisi 8 qol vurub və altı məhsuldar ötürmə edib.


Mayın 31-də UEFA Çempionlar Liqasının finalında Milanın "İnter" klubunu 5:0 hesabı ilə məğlub edən parislilər tarixlərində ilk dəfə bu kuboku qazanıblar.