
Çingiz Abdullayev: "Neftçi" uduzanda çox əsəbləşirəm"
- 20 Okt 2022 14:00
- 438
"Mən, adətən, sakit görünürəm, deyib-gülürəm, amma həmişə belə olmuram".
Rekord.az xəbər verir ki, bu fikirlər "Neftçi"nin Müşahidə Şurasının sədri Çingiz Abdullayevə məxsusdur.
2015-ci ilin martından bu postda əyləşən xalq yazıçısı maraqlı etiraf edib. Tanınmış publisist deyib:
"Neftçi" uduzanda çox əsəbiləşirəm. Mən futbola bağlı insanam. Məğlubiyyətlə barışa bilmirəm.
Bəzən işdə də belə olur. Hansısa iş vaxtında görülməyəndə hirslənirəm. Çünki özüm hər məsələdə məsuliyyətliyəm".