"Qarabağ"ın futbolçuları Marko Yankoviç və Marko Veşoviç, eləcə də “Neftçi”nin üzvü Ervin Kuçun çıxış etdiyi Monteneqro millisi DÇ-2026-nın seçmə mərhələsində növbəti oyununa çıxıb.


Rekord.az xəbər verir ki, Robert Prosineçkinin baş məşqçi olduğu komanda səfərdə Çexiya ilə qarşılaşıb.


Matç çexlərin 2:0 hesablı qələbəsi ilə başa çatıb. 


Həm Yankoviç, həm Veşoviç, həm də Kuç meydana start heyətdə çıxıb. Yankoviç sona qədər oynayıb. Kuç 62-ci dəqiqədə Stefan Lonkarla, Veşoviç isə 84-cü dəqiqədə Marko Vukçeviçlə əvəzlənib. “Qarabağ”ın müdafiəçisi 45+2-ci dəqiqədə sarı vərəqə ilə cəzalanıb. 


Seçmə mərhələdə ilk məğlubiyyətini alan Monteneqro millisi 3 oyundan sonra 6 xalla qrupda ikinci pillədə qərarlaşıb. Komanda növbəti oyununu sentyabrın 5-də öz meydanında Çexiyaya qarşı keçirəcək.