
Cənub bölgəsində yeni yaranan komandanın rəhbəri məlum oldu
- 20 Okt 2022 11:00
- 548
Yeni yaradılan «Lerik»FK-nın rəhbərinin kimliyi məlum olub.
Rekord.az xəbər verir ki, Region Liqasında iştirakı dəqiqləşən klubun İdarə Heyətinin sədri postu Famil Məmmədova tapşırılıb.
O, bunadək «Xan Lənkəran»ın mətbuat xidmətinin bir nömrəli şəxsi olub.
Komandanın maliyyəsi yerli İcra Hakimiyyəti və iş adamları tərəfindən ayrılacaq. «Lerik»in uzunmüddətli inkişaf strategiyası hazırlanıb və icra başçısı Əkbər Abbasovla razılaşdırılıb.
Bu ilin iyulunda vəzifəyə təyin olunan Ə.Abbasov futbol azarkeşidir.
O, bölgənin ictimai-sosial həyatında fəal iştirak edən bir qrup gəncin irəli sürdüyü təşəbbüsü bəyənib və Lerikdə bu idmanın növnünü dirçəldilməsinə əlindən gələn köməyi göstərəcəyini bildirib. (sportinfo.az)