"Çelsi" fransalı futbolçu Mamadu Sarrın transferini açıqlayıb.


Rekord.az klubun mətbuat xidmətinə istinadən xəbər verir ki, "zadəganlar" 19 yaşlı mərkəz müdafiəçisi ilə 8 illik müqavilə imzalayıblar.


Son olaraq ölkəsinin "Strasburq" klubunda çıxış edən Sarr ötən mövsüm 28 oyunda meydana çıxıb.