La Liqanın 13-cü turu çərçivəsində dünən "Nou Kamp"da “Selta” ilə qarşılaşan "Barselona"nın müdafiəçisi Serxio Buskets üçün matç əlamətdar olub.

Rekord.az xəbər verir ki, Lionel Messinin het-triki ilə yadda qalan görüşdə (4:1) Buskets Kataloniya klubunun heyətində yubiley oyununu keçirib.

Meydana əvəzetmədən daxil olan təcrübəli müdafiəçi “Barsa" ilə 550-ci matçına çıxıb. 31 yaşlı Serxio klub tarixinin ən çox oyun keçirən 5 futbolçusundan biridir. Siyahının lideri isə əfsanəvi Xavidir. Onun aktivində 767 görüş var.