Formula 2-də Bakıdakı sprint yarışını Beqanoviç qazandı
- 13:00
- 34
Bu gün Formula 2 üzrə Azərbaycan qran-prisində sprint yarışı keçirilib.
Rekord.az xəbər verir ki, mübarizəyə saat 08:15-də start verilib.
"Dams Lukas Oil" komandasından Dino Beqanoviç bütün rəqiblərini qabaqlayaraq sprint yarışının qalibi olub.
"Trident"dən Laurens Van Hoepen ikinci yeri tutub. "Rodin Motorsport"dan Aleks Dann üçüncü olub.
Bu gün ikinci dərəcəli pilotların əsas yarışı da gerçəkləşəcək.
Qeyd edək ki, Azərbaycan qran-prisi sentyabrın 26-da başa çatacaq.