UEFA Millətlər Liqasında qrup mərhələsinə start verilib.

Rekord.az xəbər verir ki, ilk olaraq A, B, və D Liqalarında matçlar keçirilib.

Azərbaycan millisinin yer aldığı D Liqasının 2-ci qrupunda Lixtenşteyn və Litva komandaları üz-üzə gəlib. Görüş qonaqların inamlı qələbəsi ilə yekunlaşıb.

A Liqasının 2-ci qrupunda Niderland Almaniya ilə, 4-cü qrupunda isə Portuqaliya Uelslə münasibətlərə aydınlıq gətirib.

UEFA Millətlər Liqası
1-ci tur

A Liqası, 2-ci qrup

Niderland - Almaniya 1:1
Serbiya - Yunanıstan 1:2

4-cü qrup

Portuqaliya - Uels 1:0
Norveç - Danimarka 3:2

B Liqası, 3-cü qrup

Avstriya - İsrail 3:1
Kosovo - İrlandiya 1:0

D Liqası, 1-ci qrup

Andorra - Malta 1:2

2-ci qrup

Lixtenşteyn - Litva 0:2