"Birbaşa Bakı" Çempionlar Liqasında mübarizəni dayandırdı
- 19:40
- 34
"Birbaşa Bakı" komandası minifutbol üzrə Çempionlar Liqasında mübarizəni dayandırıb.
Rekord.az xəbər verir ki, Azərbaycan təmsilçisi 1/8 finalda İngiltərənin "Bukovina Badeuti" komandası ilə üz-üzə gəlib.
Qarşılşamanın əsas vaxtı 0:0 hesabı ilə yekunlaşıb. Penaltilər seriyasında isə İngiltərə komandası daha dəqiq olub - 2:0.
Qeyd edək ki, daha əvvəl Azərbaycan təmsilçilərindən "Aznur" qrup mərhələsində mübarizəni dayandırmışdı.