Azərbaycan millisi Çexiyaya qalib gəldi, Ermənistana…
- 22:00
- 40
Azərbaycan milliləri Özbəkistanın Səmərqənd şəhərində təşkil olunan 46-cı Ümumdünya Şahmat Olimpiadasında növbəti oyunlarını keçiriblər.
Rekord.az xəbər verir ki, qadınlardan ibarət komanda 9-cu turda Çexiyanı 4:0 hesabı ilə üstələyib.
Kişi şahmatçılar isə Ermənistandan olan rəqiblərinə uduzublar - 1,5:2,5.
Ümumdünya Şahmat Olimpiadası İsveçrə sistemi üzrə 11 turdan ibarətdir və sentyabrın 27-də başa çatacaq.