Maksimovun rəhbərliyi altında ilk məşq
- 14:20
- 30
Misli Premyer Liqasında yaranmış fasilə ilə əlaqədar 3 gün istirahət edən "Araz-Naxçıvan" yeni baş məşqçi Yuri Maksimovun rəhbərliyi altında ilk məşqinə çıxıb.
Bu barədə Rekord.az-a klubun mətbuat xidmətindən bildirilib.
Məşqdən öncə Y.Maksimov rəhbərlik tərəfindən komandaya təqdim olunub, daha sonra kollektiv 2 saata yaxın çalışıb.
Milli yığmalara yollanan 4 oyunçu – Mustafa Əhmədzadə, Ceyhun Nuriyev, Ağadadaş Salyanski və Abdallah Sudi istisna olmaqla, digər üzvlər tam heyətlə prosesə qatılıblar.