Azərbaycanın U-21 millisi bu gün 2027-ci il Avropa çempionatının seçmə mərhələsində Çexiyanın U-21 yığmasını qəbul edib.


Rekord.az xəbər verir ki, 1:1 hesabı ilə başa çatan matçdan sonra Azərbaycan millisinin baş məşqçisi Rəşad Eyyubovun jurnalistlər üçün brifinqi keçirilib.


Eyyubov yaxşı nəticə qazandıqlarını bildirib:


“Hiss edirdim ki, uşaqlara çətin idi. Əsas odur ki, yaxşı nəticə qazandıq. Bu oyun tam fərqli oldu bizim üçün. Buna görə də xoşbəxtik. Proqnoz verməyi xoşlamıram, qarşıdakı oyunlara hazırlaşmalıyıq. Tariximizdə ən çox – 9 xal yığmışıq. Hədəfimiz odur ki, bu nəticəni yaxşılaşdıraq.


Nəriman Axundzadədən tam razı qaldım. Özünü əsl peşəkar kimi aparır”.