Ferstappen Bakıdakı üçüncü sərbəst yürüşdə ən yaxşı nəticəni göstərdi
- 15:40
- 30
Formula 1 üzrə Azərbaycan qran-prisində üçüncü sərbəst yürüş baş tutub.
Rekord.az xəbər verir ki, bu dəfə "Red Bull"dan Maks Ferstappen ən yaxşı nəticəni göstərib.
"Mersedes" pilotu Corc Rassell ikinci, "Ferrari"dən Lüis Hemilton üçüncü yeri tutub.
Üçüncü sərbəst yürüş zamanı qəza da baş verib. "Aston Martin"in sürücüsü Lens Stroll uğursuzluqla üzləşib. Onun idarə etdiyi bolid baryerə dəyib.
Yürüş zamanı daha bir maraqlı hal yaşanıb. Üçüncü sərbəst yürüşdə trasa ağac budağı düşüb.
Xatırladaq ki, ötən gün "Mersedes" pilotu Corc Rassell birinci və ikinci sınaq yürüşlərində ən yaxşı nəticəni göstərmişdi.
Bu gün əsas pilotların sıralama turu da gerçəkləşəcək.
Qeyd edək ki, Azərbaycan qran-prisində əsas yarış sentyabrın 26-da keçiriləcək.