
Bundesliqa klubu fransalı futbolçu ilə gücləndi
- 06 İyn 2025 19:00
- 41
"Ştutqart" Fransanın "Renn" klubundan Lorents Assinyonu transfer edib.
Rekord.az xəbər verir ki, bu barədə klubun mətbuat xidməti məlumat yayıb.
Ştutqart təmsilçisi müdafiəçi ilə 2029-cu ilə qədər müqavilə imzalayıb.
Assinyon 2024/2025 mövsümündə “Renn”in heyətində 34 matça çıxıb, 3 qola, 4 məhsuldar ötürməyə imza atıb.