
“Bu iki mövsüm karyeramda unudulmaz anlarla dolu oldu”
- 03 İyn 2025 19:30
- 76
Azərbaycanlı futbolçu Rövlan Muradov "Sumqayıt"la yollarını ayırması ilə bağlı fikirlərini bölüşüb.
Rekord.az xəbər verir ki, 27 yaşlı oyunçu bu barədə sosial şəbəkə hesabında paylaşım edib.
O, bu komandada keçirdiyi iki mövsümün karyerasında yaddaqalan olduğunu bildirib:
"Sumqayıt ailəsindən hər kəsə salamlar. Vidalaşmaq vaxtıdır. Sizinlə keçirdiyim iki mövsüm karyeramda yaddaqalan və unudulmaz anlarla dolu oldu. Əməyi keçən və əziyyət çəkən hər kəsə təşəkkür edirəm, sizə uğurlar arzulayıram".
"Sumqayıt" Rövlan Muradovla yanaşı Miloş Miloviç, Momo Yansane ilə də vidalaşdığını açıqlayıb.