Azərbaycan Basketbol Liqasında yarımfinal mərhələsinin daha bir oyunu bu gün keçiriləcək.


Rekord.az xəbər verir ki, "Neftçi" "Abşeron Lions"la üz-üzə gələcək.


Bakı İdman Sarayında təşkil olunacaq qarşılaşma saat 14:00-da start götürəcək.


İlk görüşdə "Abşeron Lions" qələbə qazanıb - 95:89.


Yarımfinalda iki qalibiyyətə çatan kollektiv finala yüksələcək. Bu duelin güclüsü finalda "Sabah"a rəqib olacaq.