Azərbaycan Basketbol Liqasında final seriyasının daha bir oyunu bu gün keçiriləcək.


Rekord.az xəbər verir ki, "Sabah" və "Abşeron Lions" komandaları münasibətlərə aydınlıq gətirəcəklər.


Bakı İdman Sarayındakı qarşılaşma saat 14:00-da start götürəcək.


Xatırladaq ki, ilk görüşdə "Sabah" qalib gəlib - 98:93. Final seriyasında üç qələbəyə çatan kollektiv Azərbaycan Basketbol Liqasının qalibi olacaq.