
Bu gün ÇL-in qalibi müəyyənləşəcək
- 31 May 2025 11:16
- 100
UEFA Çempionlar Liqasının 2024/2025 mövsümünün qalibi bu gün müəyyənləşəcək.
Rekord.az xəbər verir ki, həlledici görüşdə İtaliyanın “İnter” və Fransanın PSJ klubları üz-üzə gələcəklər.
Almaniyanın Münhen şəhərindəki "Alyans Arena"da, saat 23:00-da başlayacaq qarşılaşmanı rumıniyalı FIFA referisi İştvan Kovaç idarə edəcək.
UEFA Çempionlar Liqasını ən çox qazanan komanda İspaniya təmsilçisi “Real”dır. Madrid klubu 15 dəfə kuboku başı üzərinə qaldırıb.
Finalda iştirak edən komandalardan “İnter” tarixi ərzində 3 dəfə (1963/1964, 1964/1965, 2009/2010) yarışın qalibi adını qazanıb. Fransa klubu isə heç vaxt belə sevinc yaşamayıb.
UEFA Çempionlar Liqası
Final
31 may
23:00. PSJ - "İnter"
Münhen, "Allianz Arena"