
“Bu çılğın həyat gözəldir” – “Qarabağ”ın futbolçusu
- 18 Okt 2022 19:00
- 409
“Qarabağ”ın futbolçusu Kevin Medina sosial şəbəkə hesabında paylaşım edib.
Rekord.az xəbər verir ki, Misli Premyer Liqasının 10-cu turunun “Sumqayıt”la matçından (3:1) fotolarını paylaşan kolumbiyalı müdafiəçi, futbolla məşğul olduğuna görə özünü xoşbəxt hiss etdiyini yazıb:
“Bu idmanla məşğul olduğuma görə çox xoşbəxtəm. Bu çılğın həyat gözəldir”.
Medina 2020-ci ilin yayından “Qarabağ”da çıxış edir.